“Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq”. “Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq”.

Türkiyədəki çevriliş cəhdinin ağır nəticələri: bundan sonra nələr olacaq?

“Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq”.


AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyədə baş verən hərbi çevrilişə cəhdi şərh edərkən deyib. O, qeyd edib ki, işin içində Fətullah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərinin sayı artacaq:
"Türkiyənin başı dərddən ayılmır. PKK, DAİŞ, indi də çevrilişçi hərbçilər. Bir başqa dövlətin bu qədər güclü düşmənlərinin olduğunu söyləmək çətindir. Ərdoğana çətin olacaq. Əlbəttə, çevriliş yatırıldı. Ərdoğan qiyamçı hərbçilər üzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içində qarşıdurma nöqtələrini artıracaq".

E.Şahinoğlu hesab edir ki, bu cür qarışıqlıqda PKK və DAİŞ öz çirkin məqsədlərini həyata keçirməyə çalışacaq: "Ancaq dünənki hadisənin tarix kitablarına yazılacağını da qeyd etmək lazımdır: Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alındı, sadəcə qardaş qardaşı öldürdü, bu da var".

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olunub. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az