Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı tapşırığının icrası sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı tapşırığının icrası sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirdən dəyişikliklə bağlı - Anons

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı tapşırığının icrası sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

S.Müslümov aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə əlaqədar "Məşğulluq haqqında" qanuna əlavə və dəyişikliklərin layihəsinin hazırlandığını diqqətə çatdırıb: "Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək", - deyən nazir bu aktiv tədbirlər vasitəsilə həmin aztəminatlı ailələrin nəinki yoxsulluq səviyyəsindən çıxarılmasının, uğurlu biznes fəaliyyəti qurmalarının da stimullaşdırılacağını bildirib.

İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı cari məsələlər müzakirə olunub, bu sahədə aparılan işlərin sürətləndirilməsi və yaxın vaxtlarda həmin tədbirlərin praktiki icrasına başlanılması tapşırılıb.

Tədbirdə həmçinin növbəti həftə ərzində məşğulluq orqanlarının iştirakı ilə qeyd olunan məsələlərlə bağlı ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

Modern.az