“Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”. “Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.

“Fövqəladə vəziyyət turistlərə heç bir çətinlik yaratmayacaq” - Səfir

“Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.


AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, hadisələr zamanı türk xalqı öz mövqeyini sərgiləyib: "Heç kimin şübhədi olmasın ki, Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır. Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid olduq. Xalq küçələrdə öz mövqeni sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyə demokratiyası qazandı. Araşdırılmalar aparılır. Günahı olanların həbsi şübhəsizdir".

Səfir Türkiyədə 3 aylıq fövqəladə vəziyyətin elan olunmasının turistlərə təsiri barədə də danışıb: "Fövqəladə vəziyyətin elan edilməsində məqsəd məsum şəxslərin azadlıqlarını məhdudlaşdırmaq, onlara əlavə çətinliklər yaratmaq deyil. Vətəndaşlar və ya Türkiyəyə səyahət planlaşdıran şəxslər bundan narahatlıq duymamalıdır. Heç kimin bu məsələ ən kiçik narahatlığı belə olmamalıdır. Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər. Baxın, Fransada da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilmişdi. Amma minlərlə insan sərbəst şəkildə bu ölkəyə gedə bilirdilər. Türkiyədə də belə olacaq. Narahatlığa əsas yoxdur".

A.Coşkun çevriliş cəhdinin müxalifət tərəfindən də qətiyyətlə pisləndiyini xatırladıb: "Bütün siyasi partiyalar bu çevriliş cəhdinə qarşı birlik nümayiş etdirdi. Əlini qaldırıb təslim olanlar Türkiyə Silahli Qüvvətlərinin nümayəndələri deyil. Onlar ağılını itirmiş mikrobdurlar. Türkiyə 15 iyulda birliyini, gücünü hərkəsə sübut etdi. O gecəylə bağlı manşet budur".

Səfir qeyd edib ki, olayla bağlı 60 min nəfər işdən kənarlaşdırılıb: "Hazırda araşdırma aparılır. Bütün işlər hüquqi müstəvidə davam etdirilir. Hər mücadiləmizdə də olduğu kimi, Türkiyənin fətullahçılara qarşı mübarizədə ən yaxın silahdaşı Azərbaycandır. Fətullahçıların həm daxildə, həm də xaricdəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk".

Aygün