“Təhlükə aradan qalxarsa, “Patriot”lar da gedər” “Təhlükə aradan qalxarsa, “Patriot”lar da gedər”

Davutoğlu “Patriot”lardan danışdı

“Təhlükə aradan qalxarsa, “Patriot”lar da gedər”



Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Suriya sərhədlərinə yaxın ərazidə "Patriot" raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən danışıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davutoğlu bildirib ki, sərhədlərimizə qarşı olan hədələr aradan qalxdığında "Patriotlar" da gəldikləri yerə dönəcək.

CNN türk telekanalına canlı müsahibə verən Davutoğlu bəzi ölkələrin bu sistemin quraşdırılmasına qarşı çıxmalarını haqsız hesab edib: "Bu sistemlər havadan müdafiə məqsədlidir və heç bir hücum xüsusiyyətlərinə malik deyil. Hər hansı raket təhdidi olmazsa, bu sistemlərdən istifadə olunmayacaq və gətirildikləri kimi də ölkədən çıxarılacaqlar".

Sadiq Musa
AzNews.az