Kvirikaşvilinin Azərbaycana səfərinin tarixi - Açıqlandı

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Azərbaycana rəsmi səfərə gələcək.


AzNews.az xəbər verir ki, bu barədə "Report"a Gürcüstan baş nazirinin mətbuat xidmətinindən məlumat verilib.

Bildirilib ki, birgünlük səfər çərçivəsində G.Kvirikaşvilinın Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri planlaşdırılır.

Rəsmi görüşlərdə bir sıra ikitərəfli məsəllər müzakirə olunacaq.