- Köhnə - Siyasət
- 29 Noyabr 2012 11:49
- 3 178
Ermənilər APA -nın əməkdaşını ölümlə hədələdi
![](https://www.aznews.az/storage/photos/APA-nin emekdashi.jpg)
Məqalə "Dağlıq Qarabağın ictimai xadimi, keçmiş orta məktəb müəllimi" Vigen Surenoviç Ayrapetyanın vəfatı ilə bağlı B. Batıyevin hazırladığı yazıya cavab olaraq yazılıb.
Qeyd edək ki, V.Ayrapetyan 1980-ci illərdə Azərbaycanın Dağlı Qarabağ bölgəsində baş qaldıran separatçılıq hərəkatının rəhbərlərindən olub. O, 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşməsi barədə Dağlı Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyasına sədrlik edib.
B. Batıyevin separatçı V. Ayrapetyanın ölməsi ilə bağlı hazırladığı materialda işlətdiyi bəzi ifadələr erməni jurnalistlərin xoşuna gəlməyib, azərbaycanlı jurnalisti bu ölümə sevindiyinə görə qınayan qəzet daha sonra bunları yazıb: "Vaxtı çatanda ölüm hamı üçün var. O cümlədən Vesti.az-dan olan bu axmaq üçün də. Amma görünür, onu vaxtından əvvəl cəzalandırmaq lazım gələcək".
AzNews.az