Netanyahunun səfər proqramı açıqlandı - Əməkdaşlığa dair razılaşma imzalanacaq

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb.


APA-nın baş nazirin rəsmi saytına istinadən verdiyi məlumata görə, o və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcək. Baş nazir görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələləri müzakirə edəcək.

Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün yekununda ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.

Baş nazir Şəhidlər Xiyabanına ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq. O, təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner" yəhudi icmasının təhsil aldığım təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

B. Netanyahu Azərbaycana bu gün səfər edəcək, sabah isə Qazaxıstana yollanacaq.

AzNews.az