Bu yol azadlıq yolu idi və bu yolda ölənlərin hamısı Allahın ən ali mərhəmətinə layiqdir Bu yol azadlıq yolu idi və bu yolda ölənlərin hamısı Allahın ən ali mərhəmətinə layiqdir

20 Yanvar Milli hüzn və Milli fəxarət günüdür

Bu yol azadlıq yolu idi və bu yolda ölənlərin hamısı Allahın ən ali mərhəmətinə layiqdir

Bu (20 yanvar faciəsini əks etdirən) kadrlarda biz yalnız yanvarın 19-da 20-nə keçən gecə qətlə yetirilmiş insanlar üçün qazılan qəbrləri görmürük. Bu məzarlarda həm də Sovet İttifaqın dəfn olunurdu. Bu qəbirlərin sahibləri 1990-cı ilin 20 yanvarında hansı şəraitdə ölmələrindən asılı olmayaraq Azərbaycanın azadlığı yolunda həlak olublar. Ola bilər ki, kimsə bu yolda barrikada qurub dayanmşıdı, ya da şüurlu şəkildə on-on beş nəfərlə qol-qola duraraq özünü canlı divara çevirmişdi. Amma o da ola bilsin ki, kimsə bu yolu təsadüfən keçirdi, ya bu yola balkondan çıxıb boylanırdı. Hər bir halda yol azadlıq yolu idi. Və bu yolda ölənlərin hamısı Allahın ən ali mərhəmətinə layiqdir. Onlara bu dövlətin ən yuxarı başında yer göstərilməli idi və göstərildi də. Şəhidlər Xiyaban Dövlətimizin Yuxarı başıdır.

Bilirəm, indi deyəcəklərim o qədər də populyar deyil. Hətta kimlərəsə ifrat yersiz də görünə bilər. Amma mən Şəhidlər Xiyabanımızın adı və məzmunu barədə bir az danışmaq istəyirəm.

20 Yanvarda həlak olanlar arasında doğrudan da rus-sovet tanklarının qarşısına silahla çıxan, onlara moltov kokteyli atanlar, hətta Səttarxan zavodunda, hansısa dəzgahda kustar üsulu ilə istehsal olunan tapançadan atəş açanlar da var idi. Mən qeyri-bərabər döyüşdə onlara amansız müqavimət göstərən mücahidlərin iştirakı ilə hazırladığım verilişi elə ötən il hazırlamışdım. Bu insanlar ilk dəfə idi ki, öz fədakarlıqlarıdan qorxmadan, çəkinmədən danışırdılar. Onları uzun müddət "Milləti niyə küçələrə çıxarıb qanını tökdünüz!???" deyə qınayan ittihamların soxduğu qoz qabığından məhz ANS çıxarmışdı. Onlar silahlanmaqdan, atışmaqdan, müqavimət göstərməkdən ilk ürək və qürurla danışırdılar.

Sovet əsgərinə atəş açaraq, əldə silah ödənlər doğrudan da şəhidlər idilər. Amma bu insanlar arasında azadlıq yoluna öz balkonundan, avtomobilinin pəncərəsindən, sadəcə bu yolun qırağından durub baxarkən öldürülənlər də var idi ki, onlar sadəcə qurbanlar idilər. Amma biz indi dəqiq deyə bilmərik ki, bu məzarın sakini şəhid, bu qəbirin yiyəsi isə qurbanlır. Şəhdilər Xiyabınını iki hissəyə ayırmaq, Qarabağda döyüşərək canlarını fəda etmiş şəxslərin dəfn olunduğu cərgəni Şəhidlər Xiyabanı, 20 yanvarda qətlə yetirilmiş insanlarn torpağa tapşırıldığı ərazini isə Qurbanlar Xiyabanı adlandırmaq artıq mümkün deyil.

Əlbəttə Allahın dərgahında kimin hansı ad altında dəfn olunmasının fərqi yoxdur, onsuz da düzünü Allh bilir. Amma hər halda Şəhidin mərtəbəsi ayrıdır və kiminsə bu adla adlandırılması zövq və ya istək məsələsi deyil. Şəhidliyin şərtləri var. Elə qurbanların da. Və məncə qurban olmaq da uca kəlamdır, məsələn çoxumuz öz sevdiymizə, anamıza, balamıza qurban olum deyirik. Bunun nəyi pisdir ki? Bütün bunları niyə deyirik? Ona görə ki, ortada böyük bir təzad var. Əgər şəhid vermişiksə, onda onların niyə günahsız olduqlarını sübut etməyə çalışır, hər il ağla qərənfil ağla deüyə mərsiyə söyləyirik? Yox əgər qurbandırlarsa niyə onların cəsarətli addımına nəğmələr qoşur, deklomasiyalar söyləyir, Azərbaycanın azadlığı uğrunda canlarını fəda etdikləri ilə qürur duyuruq? Axı eyni zamanda həm şəhid həm də qurban olmaq olmaz!

Hər iki halın öz məntiqi var: tutaq ki, biz bu insanlara qurban deyirik. Onda Sovet İttifaqı mişarının bu insanların əksəriyyətini günahsız yerə biçdiyini təsdiqləmiş oluruq! Onda SSRİ-nin sələfi, konkret olaraq Rusiya ən azı bu itkilərə görə Azərbaycan xalqından üzr istəməli, maddi və mənəvi kompensasiya ödəməlidir. Daha özünün gülləbaran etdiyi insanların üzərinə, artist kimi əvvəlcədən sifariş etdiyi gül dəstəsini gətirməməlidir. 20 yanvarda həlak olanların qurban kimi qavranması içində hələ də Sovet İttifaqına kor sevgi saxlamaqda olan insanlara fikirlərini tam təkzib etmək üçün lazımdır. Sovet İttifaqı budur. Qoca kommunistlərin danışdığı nağıllar yox. Şəhidlər xiyabanı kimi tanıdığımız bu uca yer.

Və ya tutaq ki, bu məzarlığı Şəhidlər Xiyabanı adlandırırıq!
Onda Azərbaycanın Azadlıq uğrunda apardığı mübarizə reallığa çevrilir. Biz şüurlu şəkildə Sovet Qoşunlarının qarşqısına çıxan, onlara silahs;z müqavimət göstərərək həlak olan insanların ruhunu şad etmiş oluruq. O zaman heç kimə mərsiyə oxumaq, ağla qərənfil ağla demək, arvad kimi dəsmal götürüb ağlaşma qurmaq lazım gəlmir. Azərbaycan Sovet İttifaqından öz gücünə çıxıb! Ona heç kim azadlığı nimçədə gətirib verməyib hökmü qüvvəyə minir. Amma qərara gələk. Artıq qərara gələk. Hansı lazımdır, onu seçək. Amma Allah xətirinə, birini! Ya at olaq, ya adam. Mən 20 yanvarı, ələrində silah, Molotov kokteyli tanka cuman insanları görmüşəm. Elə insanları tanıyıram ki, onlar məni kentavr olmağa qoymur!

Anspress.com