Filippində "Kalmaegi" qasırğası 26 nəfərin həyatına son qoyub

Filippində ən azı 26 nəfər ölüb, yüz minlərlə insan Kalmaegi qasırğasının nəticələrinə görə evlərini tərk etmək məcburiyyətində qalıb .

“ABS-CBN News” bu barədə məlumat yayıb.

Ölənlərin əksəriyyəti, 21 nəfər, əhalinin məskunlaşdığı yerlərdə bir çox küçənin su altında qaldığı Sebu adasında qeydə alınıb.

"Bizdə olan məlumatlara əsasən, onların əksəriyyəti boğularaq ölüb", - televiziya kanalı mülki müdafiə inzibatçısı Rafaelito Alejandrodan sitat gətirib.

Mövsüm,

AzNews.az