• Qərb
  • 4 Noyabr 21:43
  •  1 539

Aİ Ukraynaya yardım üçün 1,8 milyard avroluq yeni tranş ayırıb

Avropa İttifaqı (Aİ) “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya 1,8 milyard avro məbləğində növbəti maliyyə yardımı tranşı ayırıb .

Bu barədə Aİ Şurasının mətbuat xidməti öz saytında məlumat yayıb.

"Şuranın Ukrayna Mexanizmi çərçivəsində dəstəyin beşinci müntəzəm ödənilməsi ilə bağlı qərarından sonra Ukrayna 1,8 milyard avrodan çox maliyyələşdirmə almağa hazırlaşır. Maliyyələşdirmə ilk növbədə Ukraynanın makro-maliyyə sabitliyinin gücləndirilməsinə və dövlət idarəçiliyinin davamlı fəaliyyətinin dəstəklənməsinə yönəlib", - bəyanatda deyilir.

Beşinci müntəzəm tranşın buraxılması Ukraynanın doqquz tələb olunan addımı, həmçinin dördüncü hissədən bir ödənilməmiş öhdəliyi yerinə yetirməsi ilə bağlıdır. Qeyd edilir ki, ödənişlər Ukraynanın bərpa, yenidənqurma və modernləşdirmə strategiyasını, eləcə də gələcək Aİ-yə daxil olmaq üçün islahatlar cədvəlini əks etdirən Ukrayna planı ilə sıx bağlıdır.

Mövsüm,

AzNews.az