- Türkiyə
- 11:53
- 1 588
Türkiyə MİT əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.
AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, MİT-in Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində "qırmızı bülleten"lə axtarışda olan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.
Saxlanılan şəxslərin İŞİD sıralarında döyüşdüyü üzə çıxıb, həmçinin onların əvvəllər Türkiyədə törədilmiş bir sıra terror aktlarında iştirak etdikləri müəyyən olunub.