- Qərb
- 11:27
- 1 825
Траmp üçün Ağ Evdə altımərtəbəli bunker tikilir
ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen Ağ Evdə tikilən yeni bal zalının altında altımərtəbəli yeraltı bunker yaradıldığını bildirib.
AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Çox güman ki, o, nüvə silahının təsirindən qorunacaq”, – deyə istefada olan hərbçi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evin gələcək bal zalının altında altımərtəbəli məxfi bunker tikildiyini açıqlayıb. O bildirib ki, bunkerin artıq üç mərtəbəsi hazırdır. Kompleksdə hərbi hospital, xüsusi otaqlar və müşavirə zalları yerləşəcək. ABŞ lideri tikinti işlərinin sədaları altında jurnalistlərə layihəni nümayiş etdirib.