Rusiya səfiri Andrey Karlova qarşı olan sui-qəsdlə bağlı çox önəmli məlumatlar əldə etmişik. Rusiya səfiri Andrey Karlova qarşı olan sui-qəsdlə bağlı çox önəmli məlumatlar əldə etmişik.

“Səfirin qatili ilə bağlı çox önəmli məlumat aldıq” - Süleyman Soylu

Rusiya səfiri Andrey Karlova qarşı olan sui-qəsdlə bağlı çox önəmli məlumatlar əldə etmişik.


AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Siirt şəhərində çıxışı zamanı deyib. Nazir bildirib ki, istintaq hərtərəfli istiqamətdə aparılır:

"Rusiya Federasiyasının göndərdiyi mütəxəssislərlə birgə müstəntiqlərimiz, prokurorlarımız dəqiqliklə araşdırma aparır. Xüsusi vurğulamaq istəyirəm ki, əməkdaşlıq güclü şəkildə həyata keçirilir. Məsələ ilə bağlı detalları şəkildə açıqlama verməyim nəticəyə çatmaq üçün düzgün olmaz. Amma, onu deyə bilərəm ki, qatilin bütün xarici əlaqələri araşdırılır".