“Azərbaycanda sosial sahədə qəbul olunan qanunların bir çoxu icra baxımından geri qalır” “Azərbaycanda sosial sahədə qəbul olunan qanunların bir çoxu icra baxımından geri qalır”

Musa Quliyev gileyləndi

“Azərbaycanda sosial sahədə qəbul olunan qanunların bir çoxu icra baxımından geri qalır”



Azərbaycan Milli Məclisi "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi" haqqında qanunun monitorinqini aparacaq. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, monitorinq əlil təşkilatlarının iştirakı ilə aparılacaq. Artıq bununla bağlı məsələ Komitənin yaz sessiyasında iş planına daxil edilib. Monitorinqdən sonra sözügedən qanunun müasirləşdirilməsi, bir sıra əlavə və düzəlişlərin edilməsi nəzərdə tutulur: "Hazırda ölkədə sosial sahədə qanunların bir çoxu icra baxımından çox geri qalır. Ölkədə kifayət qədər humanist xarakterli qanunlar qəbul olunur, amma icra hakimiyyətləri tərəfindən bu qanunlarda nəzərdə tutulan işlər həyata keçirilmir. Onlar bunu bilərəkdən, ya bilməyərəkdən edirlər, bilinmir. Hələ 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi ilə bağlı" Dövlət Proqramı hazırlanıb qəbul olundu. Bu proqramda nəzərdə tutulmuşdu ki, sosial infrastrukturların əlillər üçün müyəssər olmasını icra hakimiyyətləri təmin etməlidirlər. Yəni əlil arabasında olan şəxs evindən çıxıb şəhərin istənilən nöqtəsinə heç kimin köməyi olmadan gedə bilməlidir. Alınan ictimai nəqliyyatın qapıları əlillərin istifadəsinə uyğunlaşdırılmalıdır.

İctimai nəqliyyatın enib qalxan pilləkənləri olmalıdır. Bütün idarə də və təşkilatların, sosial müəssisələrin pilləkənləri ilə yanaşı, ambuslar olmalıdır. Bunlar hamısı həm qanunda, həm də Dövlət Proqramında var. Qanunun icrasına Respublika Prokurorluğu nəzarət etməlidir. Çünki qanunun pozulmasına görə "İnzibati və cinayət məsuliyyəti daşınır" ifadəsi var. Cinayət və İnzibati Xətalar Məcəlləsində də bunlar öz əksini tapıb".

AzNews.az