ATƏT-in Minsk Qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuşda iştiraka dair təklif almayıblar ATƏT-in Minsk Qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuşda iştiraka dair təklif almayıblar

Fransalı həmsədr erməniləri təkzib etdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuşda iştiraka dair təklif almayıblar




ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan Xocalı aeroportuna ilk uçuşda iştirak etməyə dair təklif almayıblar. Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak For açıqlama verib.

"Əksinə, Bakı və İrəvana son səfərimiz zamanı bəyan etdik ki, bu kimi addımlar regionda gərginliyi artıra bilər", - deyə Jak For əlavə edib.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi David Balayan bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistandan Xocalı aeroportuna ilk uçuşda sərnişin qismində iştirak etmək təklif edilib.