“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir” “Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir”

Sergey Lavrovdan Qarabağ açıqlaması

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir”





ATƏT-in Mİnsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin tənzimlənməsinə dair 2007-ci ildə sənəd hazırlayıblar: "Ermənistan həmin sənədi qəbul etdi. Lakin Azərbaycan tərəfi bildirdi ki, bu sənəd onları qane etmir. Daha sonra həmsədrlər 2009-cu ildə ikinci sənəd hazırladılar. Bu dəfə Ermənistan sənədi qəbul etmədi".

Sergey Lavrov Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşünün keçirildiyini xatırladıb: "Bu görüşlərdə Minsk Qrupunun həmsədrləri də iştirak edirdilər. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinə ortaq məxrəcə gəlmək təklif olundu. 2011-ci ilin mayında "Böyük səkkizliyin" görüşündə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edildi. Prezidentlərin Kazan görüşündə isə 2007 və 2009-cu ildə hazırlanan sənədlərin son variantını qəbul etməyə çağırdılar. Lakin təəssüflər olsun ki, bu sənəd qəbul olunmadı. Çünki tərəflər razılığa gələ bilmədilər".

AzNews.az