“Bu cür rəy sorğularının nəticələrinə - cəmiyyətin rəyinə hörmətlə yanaşmaq lazımdır” “Bu cür rəy sorğularının nəticələrinə - cəmiyyətin rəyinə hörmətlə yanaşmaq lazımdır”

“Əli Kərimli İsa Qəmbərdən 5 dəfə çox səs toplayıb”

“Bu cür rəy sorğularının nəticələrinə - cəmiyyətin rəyinə hörmətlə yanaşmaq lazımdır”



"Əli Kərimli seçkidə iştirak etmir və ya boykota meyllənir" kimi fikrilərin əsası yoxdur".

Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, AXCP seçki ilə bağlı qərarını hələ verməyib. Çünki AXCP bu qərarın İctimai Palata çərçivəsində veriləcəyini nəzərdə tutur: "İctimai Palatanın son sessiyasında qəbul olunan memorandumda qeyd olunub ki, yekun qərar seçki ərəfəsində veriləcək. Bu mənada Əli Kərimli həmin məqamda seçkiyə qatıla bilər. Hələlik isə belə qərar yoxdur".

F. Qəhrəmanlı sosial şəbəkələrin birində partiya sədrləri arasında keçirilən rəy sorğusuna da münasibətini açıqlayıb: "Bu rəy sorğusu liderlərin nüfuzunu, onların ictimai reytinqini göstərir. Bütün demokratik ölkələrdə seçkiöncəsi bu cür rəy sorğuları keçirilir. Seçkilərin demokratik keçirildiyi ölkələrdə səsvermənin nəticələri, belə rəy sorğuları ilə uzlaşır. Həmin rəy sorğusunda isə 16 mindən artıq respondent iştirak edib. Əli Kərimlinin aldığı səs 6600-ü artıq keçib, o özünə ən yaxın olan müxalifət namizədindən 5 dəfə artıq səs toplayıb. Əsas rəqabət bu sorğuda Əli Kərimli ilə İlham Əliyev arasında gedir. Ümumi göstəricilərə görə, Əli Kərimlinin səsi digərlərindən daha çoxdur".

F. Qəhrəmanlı qeyd edib ki, bu cür rəy sorğularının nəticələrinə - cəmiyyətin rəyinə hörmətlə yanaşmaq lazımdır: "Sorğuda ən çox inam qazanan liderin üzərində dayanmaq lazımdır. Bu baxımdan da Əli Kərimlinin lider olması, təkcə AXCP-nin deyil, demokratik düşərgənin şansıdır".

Partiya funksioneri Ə. Kərimli namizədliyini irəli sürməyəcəyinə dair fikir səsləndirmədiyini də qeyd edib: "Sadəcə bizim ümumi mövqeyimiz müxalifətin daha geniş formatda koalisiyasının yaradılmasıdır. Hər hansı partiyanın və İctimai Palatanın da bunun üçün resursları yetərli deyil. Daha geniş birliyə ehtiyac var. Bu məsələlər istiqamətində ciddi addımlar atıldıqdan sonra seçki mühiti dəyərləndirilərək, müvafiq qərar qəbul olunacaq. Biz indiki halda müxalifətdə iddia nümayişinin tərəfdarı deyilik. İstəyimiz daha çox mübarizə və birlik yaradılmasıdır. Sadəcə zamanı gələndə qərar veriləcək".

Qeyd edək ki, sorğuda ilk yeri prezident İlham Əliyev, sonrakı yerləri isə AXCP sədri Əli Kərimli və İsa Qəmbər tutur.

AzNews.az