“Onların müdafiə edəcəkləri namizədi də dəstəkləməyə hazırıq” “Onların müdafiə edəcəkləri namizədi də dəstəkləməyə hazırıq”

REAL-ın real namizədi gələn ay bilinəcək

“Onların müdafiə edəcəkləri namizədi də dəstəkləməyə hazırıq”


"Biz gözləyirik ki, İctimai Palataya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası birgə platformanı və komandanı hazırlayıb təqdim etsin. İctimai Palata ilə əməkdaşlıq təklifini 6 ay öncə vermişik. Biz həmin komanda yer də istəmirik. Sadəcə, istəyirik ki, vahid komandanı yaratmağı bacarsınlar".

Bunu AzNews.az-a açıqlamsında "REAL" Hərəkatının sədri İlqar Məmmədov deyib. O bildirib ki, İctimai Palata vahid komandasını formalaşdırarsa, REAL Hərəkatı da onlara dəstək verəcək: "Biz onların müdafiə edəcəkləri namizədi də dəstəkləməyə hazırıq. Müraciət etdiyimiz tarixdən 6 ay keçməsinə baxmayaraq, hələ ki, ortada bir şey yoxdur. Bir az da gözləyəcəyik. Təklifimiz reallaşmayacaqsa, o zaman REAL-ın seçkilərdə iştirakla bağlı platformasını və namizədini açıqlayacağıq. Gələn ay artıq, hər şey bəlli olacaq".

"İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyir ki, İctimai Palataya belə müraciət daxil olmadığına görə, təklifdən xəbərsizik. Bu təklifi hansı şəkildə irəli sürmüsüz? sualına REAL sədri belə cavab verib: "İctimai Palataya müraciəti mətbuat vasitəsilə etmişik. Bu radioda da müzakirə edilib. Hər şeydən xəbərləri var".

İlkin
AzNews.az