“AzərRos”-un qurultayı yanvarın 25-də Moskvanın «Prezident» otelində baş tutacaq “AzərRos”-un qurultayı yanvarın 25-də Moskvanın «Prezident» otelində baş tutacaq

Abbas Abbasov sabah prezident seçiləcək

“AzərRos”-un qurultayı yanvarın 25-də Moskvanın «Prezident» otelində baş tutacaq



Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"-un növbəti qurultayının vaxtı müəyyən olunub. Bu barədə AzNews.az saytına məlumat verən mənbənin sözlərinə görə, qurultayla bağlı hazırlıq tədbirləri artıq başa çatıb və sabah tədbirin yüksək səviyyədə keçirilməsi gözlənilir.

Tədbirdə qurultay nümayəndələri ilə yanaşı Rusiyanın bir sıra nüfuzlu siyasət adamlarının da iştirak edəcəyi gözlənilir.

"AzərRos"un yeni prezidentinin kimliyi isə artıq sirr sayılmır. Qeyd edək ki, bir müddət öncə bununla bağlı Azərbaycan mətbuatına açıqlama verən "Azər Ros"un hazırkı prezidenti Söyün Sadıqov bildirmişdi ki, onların yeganə namizədi Abbas Abbasovdur və bu məsələ Rusiya prezidenti Vladimr Putinlə də razılaşdırılıb.

Qeyd edək ki, qurultayda həmçinin "AzərRoss"-un Rəyasət Heyəti seçiləcək və təşkilatın Nizamnaməsinə dəyişiklik ediləcək.

Orxan
AzNews.az