“Qarabağda azərbaycanlıları heç kəs gözləmir, eləcə də Bakıda erməniləri gözləmirlər” “Qarabağda azərbaycanlıları heç kəs gözləmir, eləcə də Bakıda erməniləri gözləmirlər”

Erməni namizəddən sərsəm “torpaq əvəzlənməsi” təklifi

“Qarabağda azərbaycanlıları heç kəs gözləmir, eləcə də Bakıda erməniləri gözləmirlər”



Ermənistanda keçiriləcək seçkilərdə prezidentliyə namizəd, qondarma DQR-in keçmiş xarici işlər naziri Arman Melikyan seçiləcəyi təqdirdə Qarabağ münaqişəsinin həlli üçün planının olduğunu bildirib.

Prezidentliyə namizədin sözlərinə görə, münaqişə hansısa dövlətin yox, insanların mənafeyi naminə həll edilməlidir: "Bu baxımdan biz erməni qaçqınlarla azərbaycanlı köçkünlər arasında fərq qoymuruq. Bütün zərərçəkənlər dərdlərini, əzablarının yüngülləşdirilməsinə layiqdirlər. İnsanları məskunlaşdıqları, kök saldıqları yerdən zorla ayırmaq olmaz. İndi Qarabağıda azərbaycanlıları heç kəs gözləmir, eləcə də Bakıda erməniləri gözləmirlər. Bu kədərli reallıqdır. Mən istisna etmirəm ki, hazırda Azərbaycanın nəzarətində olan, amma ermənilərə əziz olan ərazilər var. Eləcə də əksinə".

Bu baxımdan erməni namizəd münaqişənin həllində "torpaq əvəzlənməsi" kimi absurd təklif səsləndirib. Kəlbəcər rayonu hüdudlarında yaratdıqları Şaumyan rayonunun, eləcə də bir neçə ermənilər tərəfindən işğal edilmiş ərazinin Xankəndidən şərqdə yerləşən ərazilərə dəyişdirilməsi təklifi ilə çıxış edib.

Seçiləcəyi təqdirdə "DQR"in müstəqilliyinin tanınmasına gəlincə isə, A.Melikyan "Şübhəsiz. Ancaq deməzdim ki, bu elə seçildiyim birinci gün baş verəcək. Mən deyirəm ki, birinci gün prosesə başlayacağam. Nə vaxt qurtarar, qurtarar" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az