Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin etdi

Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Xəbərə görə, məhkəmə onlar haqqında Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb. Hazırda onlar müalicə üçün Hollandiyadadır.