“Dünya İŞİD-lə yatıb-qalxır. Onlar yalandan mübarizə edir. Mübarizəni edən yalnız Türkiyədir. Amerika heç bir şey etmir.” “Dünya İŞİD-lə yatıb-qalxır. Onlar yalandan mübarizə edir. Mübarizəni edən yalnız Türkiyədir. Amerika heç bir şey etmir.”

Binəli Yıldırım: Dünya İŞİD-lə yalandan mübarizə aparır

“Dünya İŞİD-lə yatıb-qalxır. Onlar yalandan mübarizə edir. Mübarizəni edən yalnız Türkiyədir. Amerika heç bir şey etmir.”

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım bu sözləri TBMM-də Ak partiyanın ümumi iclasında etdiyi çıxışı zamanı bildirib:

“Bu qatilləri aramıza salanlar, bu alçaqca hərəkətləri ilə fərqli həyat tərzi üzərindən, inanclar üzərindən bizi ayırmağa çalışanlar həvəslənməsinlər. Türkiyə bir hüquq dövlətidir, bu ölkədə bütün həyat tərzləri , bütün inanclar, bütün düşüncələr dövlətin müdafiəsi altındadır.”

Fırat kalkanı əməliyyatından danışan türkiyəli baş nazir bu günə qədər 1270 İŞİD-çinin zərərizləşdirilidiyini bildirib. O, həmçinin Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadıla biləcəyini deyib. Fövqəladə vəziyyətlə bağlı qərar bu həftə Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.