"Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb. "Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb.

Telekanalın baş direktorunu məşhur siyasətçinin oğlu döyübmüş

"Rustavi 2" televiziya şirkətinin baş direktoru Nika Qvaramiyaya hücuma görə məsuliyyəti Gürcüstan prezidentliyinə keçmiş namizəd Rati Qaçeçiladzenin oğlu Levan Qaçeçiladze öz üzərinə götürüb.

Virtualaz.org gürcü KİV-nə istinadən bildirir ki, Levan Qaçeçiladze bu haqda öz Facebook səhifəsində yazıb.

Qaçeçiladzenin sözlərinə görə, o tək hərəkət edib: "Dining Room restoranında baş verənlər Qvaramiya və başqaları tərəfindən bir neçə il ərzində ailəmin fiziki və mənəvi təhqirlərə məruz qalmasına mənim reaksiyamdır. Məndən başqa, bu hadisədə heç kim iştirak etmirdi”.

Məşhur siyasətçinin oğlu onu da əlavə edib ki, vəkili ilə birlikdə hüquq-mühafizə orqanlarına getmək niyyətindədir.