Tramp kürəkənini özünə baş məsləhətçi seçdi

ABŞ-ın yeni prezidentinin kürəkəni Cared Kuşner administrasiyanın baş məsləhətçisi seçilib.

AzNews.az xəbər verir ki, CNBC kanalının yaydığı məlumata görə, bazar ertəsi jurnalistlərin suallarını cavablandıran Tramp bu məsələyə şərh verməyib və bildirib ki, həftənin 3-cü günü baş tutacaq mətbuat konfransını gözləməyi təklif edib.

Sahibkar və milyonçu Cared Kuşner İvanka Trampın həyat yoldaşıdır. Bu həftə onun 36 yaşı tamam olur.