- Köhnə - Siyasət
- 10 Yanvar 2017 18:38
- 9 429
Milli Məclisin nümayəndə heyəti Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nümayəndə heyəti İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.
Səfər yanvarın 12-də başa çatacaq.
AzNews.az