Rəsul Quliyev Kinematoqrafçılar İttifaqına ofis üçün bina təklif edib Rəsul Quliyev Kinematoqrafçılar İttifaqına ofis üçün bina təklif edib

Eks-spikerlə Rüstəm İbrahimbəyov arasında məxfi anlaşma

Rəsul Quliyev Kinematoqrafçılar İttifaqına ofis üçün bina təklif edib



AzNews.az saytı eks-spiker Rəsul Quliyevlə Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov arasında gedən məxfi danışıqlarla bağlı bəzi informasiyalar əldə edib.

Bununla bağlı saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, Açıq Cəmiyyət partiyasının (ACP) sədri Rəsul Quliyev Rüstəm İbrahimbəyova dəstək mesajları yollayıb. Onun rəhbərlik etdiyi qurumun yerləşdiyi Hökumət Evindən çıxardılmasına diqqət çəkən eks-spiker Rüstəm İbrahimbəyova konkret təklif də verib.

Belə ki, eks-spiker Rüstəm İbrahimbəyova ACP qərargahında yerləşməsi üçün təklif edib. Rüstəm İbrahimbəyov isə bu təklifə konkret münasibət bildirməyib və hər şeyin Bakıya qayıtdıqdan sonra bəlli olacağını söyləyib.
Rüstəm İbrahimbəyov bildirib ki, əgər Bakı Şəhər İcra Hakimiyyəti onları hər hansı başqa bir yerlə təmin etməsə, o zaman bu təklifi gözdən keçirəcək.

Orxan
AzNews.az