İlham Əliyev Kürdlərin lideri ilə görüşdü - Foto

Azərbaycan prezidenti yanvarın 18-də Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladı. Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlətimizin başçısına minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı.