İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək

Azərbaycan prezidenti 2017-ci ildə Ukraynaya rəsmi səfər edəcək və Ukrayna və Azərbaycan Prezidentləri Şurasının VI iclasında iştirak edəcək.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, iki ölkə prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirib və xüsusilə sözügedən iclasa hazırlıq prosesini müzakirə ediblər. Dövlət başçıları Şuranın 2016-cı ildə Bakıda keçirilmiş V iclasında əldə olunan razılaşmaların uğurla həyata keçirildiyini vurğulayıblar.