“BP şirkəti neftli suyu birbaşa Xəzərə axıdır” “BP şirkəti neftli suyu birbaşa Xəzərə axıdır”

İran Azərbaycanı beynəlxalq məhkəmə ilə hədələdi

“BP şirkəti neftli suyu birbaşa Xəzərə axıdır”



"Xəzər neft tullantıları ilə çirklənməyə məruz qalacağı təqdirdə İran Azərbaycandan beynəlxalq məhkəməyə şikayət edə bilər".

Bunu İranın Ekologiya Təşkilatının müavini Əbdülrza Kərbasi bildirib:

"Hazırda Xəzərdə Azərbaycan adına neft ixracatı ilə məşğul olan BP şirkəti neftli suyu 6 min metr dərinlikdə yenidən neft quyusuna vurmalı olduğu halda, bu suyu birbaşa olaraq Xəzərə axıdır. Bu da Xəzərin çirklənməsinə səbəb olur".

İran mətbuatına müsahibəsində Ə.Kərbasi "Xəzərin Azərbaycan tərəfindən neftlə çirkləndirilməsi nəticəsində su hövzəsindəki canlıların həyatda qalmasına ümid azalmaqdadır" deyə iddia edib.

Alpər
AzNews.az