Meksika ilə ABŞ sərhəddində divarın tikintisi haqqında baş nazir Binyamin Netanyahunun mesajı Meksika hökumətini qəzəbləndirib. Meksika ilə ABŞ sərhəddində divarın tikintisi haqqında baş nazir Binyamin Netanyahunun mesajı Meksika hökumətini qəzəbləndirib.

Meksika Netanyahunun üzr istəməsini tələb etdi - Sərhəd divarına görə

Meksika ilə ABŞ sərhəddində divarın tikintisi haqqında baş nazir Binyamin Netanyahunun mesajı Meksika hökumətini qəzəbləndirib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Latın Amerikası ölkəsinin xarici işlər naziri Luis Videqaray bildirib ki, buna görə ölkəsi Netanyahunun üzr istəməsini gözləyir.

Daha əvvəl Netanyahu Trampın qeyri-leqal miqrasiyayla mübarizə üçün Meksikayla sərhəddə divar tikilməsi fikrini dəstələdiyini, bunun "əla ideya" olduğunu bəyan etmişdi. O, fikrini əsaslandıraraq deyib ki, vaxtilə ölkəsinin Misirlə sərhədi bağlaması Afrikadan miqrasiya axınının tamamilə qarşısını alıb.