Sergey Şoyqu: “Ermənistanla müdafiə sahəsində ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirəcəyik” Sergey Şoyqu: “Ermənistanla müdafiə sahəsində ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirəcəyik”

Rusiya Ermənistana növbəti dəstəyini verdi

Sergey Şoyqu: “Ermənistanla müdafiə sahəsində ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirəcəyik”





"Ermənistan və Rusiya gələn ay yaxın perspektivdə ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirməlidir". APA-nın məlumatına görə, bu barədə İrəvanda mətbuat konfransı keçirən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Biz erməni həmkarımla hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik. Bu, ilk görüşümüz deyil, tez tez-görüşürük. Təkcə fikir mübadiləsi aparmır, həm də qərarlar qəbul edirik. Son görüşümüzdə müzakirə etdiyimiz məsələlər artıq bu ay həllini tapdı".

Sergey Şoyqu İrəvanda regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əlavə elementlərin formalaşdırılmasına dair sənədlər imzalanacağını bildirib.

AzNews.az