YAP rəsmisi: “İctimai Palata əsasən dərnək rolunu oynayır”

“Vətən, millət, dövlət anlayışı arxa plandadır”




"Həmin qurumda bir neçə şəxs toplanıb və bir neçə partiyanın monopoliyasına çevrilib. İctimai Palatanın heç bir məzmun mahiyyətinin olmaması barədə elə İP üzvləri özləri dəfələrlə mətbuatda açıqlama veriblər".

Bu sözləri AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İslam Partiyasının İctimai Palata ilə əməkdaşlıq etməsindən danışarkən deyib. S.Novruzov qeyd edib ki, İP-in kimlərlə əməkdaşlıq etməsindən asılı olmayaraq, belə bir təşkilat mövcud deyil:

"Ora əsasən dərnək rolunu oynayır. Orada elə partiyalar, təşkilat var ki, istənilən şəxslə əlaqə qurarlar. Hətta onların ziyalıları ermənilər haqqında yazdığının şahidi oldunuz. Onlar ilk növbədə buna münasibət bildirməlidirlər. Bunlar üçün şəxsi maraq, mənafe əsasdır. Vətən, millət, dövlət anlayışı arxa plandadır".

Azərbaycanda qanunun aliliyinin hökm sürdüyünü deyən YAP funksioneri vurğulayıb ki, kimsə qanunvericiliyi pozarsa, kəşfiyyat orqanına, o cümlədən ayrı-ayrı dövlətlərə xidmət göstərəcəklərsə, dərhal qanunvericiliyin tələbi ölçü götürüləcək.

İlkin
AzNews.az