“Azərbaycana paxıllıq edirlər” - İtaliyalı senator

"İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxılıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına daim maneçilik törədirlər.

Trend-in məlumatına görə, bunu italiyalı senator, Senatın xarici əlaqələr komitəsinin sabiq rəhbəri Fiorello Provera deyib.

O, diplomatik münasibətlərin 25 illiyi ilə yanaşı, iki ölkə arasında dostluq münasibətlərinin ildönümünün qeyd olunduğunu bildirib.

Senator qeyd edib ki, Azərbaycanın maraqlarını dəstəkləyən lobbi yaradılmalıdır:

"İdman, mədəniyyət, gənclərarası, parlamentlərarası münasibətlərdə fəal işlər görülməlidir, təbliğat işi sürətləndirilməlidir".

AzNews.az