Böyük Britaniyanın sabiq baş naziri Toni Bler siyasətə geri qayıdır

Sabiq nazir ölkəsinin taleyinə biganə qalmayacağını deyib.

AzNews.az xarici mətbuata istinaədən xəbər verir ki, Toni Bler ölkəsinin Avropa Birliyini tərk etməsilə bağlı seçim etdikdən sonra belə qərara gəldiyini açıqlayıb.

"Brexit" məni siyasətə yenidən cəlb edən əsas motiv oldu. İş görmək lazımdır və mən bunu edəcəm.

Bler qeyd edib ki, o, belə bir tarixi hadisənin iştirakçısı olmaq istəməyib. Lakin onun sözlərinə görə, bu vəziyyət qarışsında susması, onun ölkənin taleyinə biganə qalması demək olardı.

Dəyişkən bir dünyada yaşayırıq. Mədəniyyətlər arasında gərginliklər var. İnsanlar mühacirət problemlərinin onların həyat tərzini necə dəyişəcəyindən narahatdırlar. İnsanlar iqtisadi stress altında iş yeri sayına görə narahatlıqlarını ifadə edirlər. Onlar, hətta, iş yerlərini itirəcəklərindən qorxurlar. Mən siyasi debatları yenidən formalaşdırmaqda fəal iştirak etməyə hazırlaşıram. Bu isə, ölkənin yenidən Avropa Birliyinə qoşulması deməkdir.

Böyük Britaniya Blerin rəhbərliyi altında (1997-2007) 2003-cü ildə İraqa qarşı hərbi müdaxilə edən Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiyanın tərkibində iştirak edib. Müharibədə 179 britaniyalı ölüb. Krallıq ciddi maliyyə itkisi ilə üzləşib. 2016-cı ildə hökümətin İraqa hərbi müdaxilə barədə hazırladığı hesabatda qeyd olunur ki, Britaniya hökuməti həmin dövrdə problemi həll etmək üçün bütün sülh vasitələrindən istifadə etməyib və hərbi müdaxilənin heç bir hüquqi əsası olmayıb.

Bəxtiyar Abbasov

AzNews.az