Ərdoğan Putindən sanskiyaları ləğv etməyi xahiş edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan öz rusiyalı həmkarından iki ölkə arasında 2015-ci ildən tətbiq edilən ticarətlə bağlı məhdudiyyətin götürülməsini xahiş edəcək.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib:

“Mən bir daha Putinə deyəcəm ki, bu prosesi sürətləndirmək lazımdır. Bu məsələni bürokratiyaya qurban vermək olmaz. ”

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Rusiyanın Soçi şəhərinə gedib.