Tramp prezident kimi ilk səfərini hansı ölkəyə edəcək?

ABŞ prezidenti Donald Trampın ilk rəsmi səfər edəcəyi ölkələr müəyyənləşib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın ilk səfərini may ayının sonunda edəcək. Onun İsrail, Səudiyyə Ərəbistanı və Vatikana səfəri planlaşdırılır.

Bununla yanaşı, Tramp mayın 25-ində Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammitinə də qatılacaq.