“Azərbaycan tək Cənubi Qafqaz və Qafqaz çaplı dövlət deyil, Yaxın Şərqdə gedən müsbət proseslərin tərkib hissəsidir”. “Azərbaycan tək Cənubi Qafqaz və Qafqaz çaplı dövlət deyil, Yaxın Şərqdə gedən müsbət proseslərin tərkib hissəsidir”.

“Rəsmilərimiz İranı başa sala bilib” - Mübariz Əhmədoğlu

“Azərbaycan tək Cənubi Qafqaz və Qafqaz çaplı dövlət deyil, Yaxın Şərqdə gedən müsbət proseslərin tərkib hissəsidir”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan prezidenti Azərbaycan, Rusiya və İran üçtərəfli formatını yaratmaqla coğrafiya və tarixi barışdırdı. Politoloq həmçinin ötən ay İranda keçirilən prezident seçkilərinin nəticəsindən və İran-Azərbaycan münasibətlərindən də danışıb. O bildirib ki, Həsən Ruhaninin dövründə münasibətlər yüksələn xətlə inkişaf edəcək: "Ermənilərin nə deməsindən asılı olmayaraq, Ruhani bildirdi ki, Gürcüstan və Rusiya istiqamətində dəmir yollarını Azərbaycanın iştirakı ilə tikəcəyik. Yəni Ruhani bu məsələdə ermənilərə yer vermədi".

Politoloq əlavə edib ki, İranda prezident seçkisi zamanı bəzi məsələlərin üstü açıldı. Belə ki, Azərbaycanda bir qrup islamçı gənclər Ruhaninin əleyhinədir. Adın müsəlman qoyub saqqal saxlayıb oruc tutur, amma İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışır. M. Əhmədoğlu ümid edib ki, ikitərəfli münasibətlər inkişaf edəcək: "Hesab edirəm ki, rəsmilərimiz İranı başa sala bilib ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycana heç bir dövlət İranın çətin vaxtında bundan sui-istifadə etmək haqqında göstəriş verə bilməz".

AzNews.az