Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

"Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir" - Baş nazirin müavini

Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

Bunu Trend-ə özəl olaraq, Türkiyənin Baş nazirinin müavini Nurəddin Canikli deyib.

O bildirib ki, dövlət çevrilişinə cəhddən sonra bir çox ölkələr FETÖ terror təşkilatının regional və qlobal təhlükəsini anladılar.

O eyni zamanda, qeyd edib ki, son dövrlərdə bir sıra ölkələrdə dərk etməyə başladılar ki, Gülən hərəkatı o ölkələrdə də daxili sabitliyə və əmin-amanlığa təhlükədir:

"Bunu nəzərə alaraq, FETÖ ilə mübarizə təkcə Türkiyə tərəfindən deyil, birgə aparılmalıdır. Bizə dost, qardaş ölkə olan Azərbaycan bu reallıqları anlayır. Biz Azərbaycan dövlətinə və xalqına FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarıq".

O əlavə edib ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyəyə və türk xalqına dəstəyi xalqlarımız arasındakı həmrəyliyin və qardaşlığın bariz nümunəsidir.

Baş nazirin müavini vurğulayıb: "Türkiyə çalışır ki, Ermənistanın Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsini, həmçinin bu işğalda insanlığa qarşı törətdiyi cinayətləri bütün dünya bilsin".

AzNews.az