“Beynəlxalq Ordu Oyunları-2017”də iştirak edəcək hərbçilərimiz Moskvaya yola düşdü

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskvaya yola düşüb.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana səfər edəcək.