“Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar” “Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar”

Sabir Rüstəmxanlı: “Onlar bəyəm dövləti dağıdıblar?”

“Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar”



"Bəzi adamların haqsız yerə incidilməsi, günahkar olduğu sübut olunmadan həbsdə saxlanılması cəmiyyətdə narazılıq doğurur. Bir neçə gün öncə prezidentin çıxışı mahiyyətində bu var idi ki, insanları nahaq yerə incitmək dövlətdən, hakimiyyətdən narazı salmaq olmaz".

AzNews.az-ın məlumatına görə, bunu xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, iclasın gündəliyinə daxil olan məsələlərdən narazı olduğunu bildirib: "Bugünkü məsələlərin siyahısına göz gəzdirdim. 9 məsələdən 6-sı dəyişikliklə bağlıdır. Başa düşmürəm, biz nə vaxta qədər yamaq etməklə məşğul olacağıq. Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar. Hökmən bu qanuna nəsə əlavə olunmalıdır ki, camaatı incitməyə şərait olsun. O cümlədən "qeyri-hökumət təşkilatları haqqında" qanununa edilən dəyişikliyi qətiyyətlə pisləyirəm".

Millət vəkili çıxışı zamanı icra başçılarının fəaliyyətini də sərt tənqid edib: "İcra başçılarının insanlarla kobud rəftarı sonda çox ciddi problemlərə gətirir. Prezidentin sonuncu çıxışı imkan verir ki, bu məsələlərin üstünə daha ciddi gedilsin".

S.Rüstəmxanlı eyni zamanda Yaqublular ailəsindən iki nəfərin həbsdə olmasını pisləyib:

"Biz dəfələrlə müxtəlif məsələlərlə bağlı məhkəmələrə müraciət edirik. Millət vəkilinin belə müraciətinə cavab vermirlər. Tofiq Yaqublu bir jurnalistdir. Bu necə olur? Atasını tutublar. Qızını yol qəzasına görə həbs ediblər.. Ata-bala tutulub. Bu nə deməkdir? Onun balaca qızı gəlib atası üçün imza yığmağa. Adamın ürəyi ağrıyır. Onlar nə ediblər axı? Dövləti dağıdıblar? Buna diqqət yetirmək lzmdır. Bu cür münasibət olmaz".

İlkin
AzNews.az