Sabah Elmar Məmmədyarov Nalbandyanla görüşəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü baş tutacaq.

AzNews.az panorama.am-a istinadən xəbər verir ki,Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Amerikanın Səsi" radiosu müsahibəsində bildirib ki, görüş sentyabrın 23-nə planlaşdırılıb. Görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün təşkili məsələsi müzakirə ediləcək.

Həmçinin regiona həmsədrlərin planlaşdırılan səfərinin qrafiki müzakirə ediləcək.