Gülağa Aslanlı: “Ya 5 qəpiklərin yığılması davam etməlidir, ya da...” Gülağa Aslanlı: “Ya 5 qəpiklərin yığılması davam etməlidir, ya da...”

Müxalifət “cərimə tələsi”ndən çıxa biləcəkmi?

Gülağa Aslanlı: “Ya 5 qəpiklərin yığılması davam etməlidir, ya da...”



"Aksiyaların keçirilməsi ilə bağlı müzakirələr aparılmalıdır. Hakimiyyət bu məsələdə yeni xətt götürüb. Belə ki, cərimə olunanların əmlaklarını siyahıya alırlar, sonra da məhkəməyə təqdim edirlər. Bu da bizi narahat edir".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Başqan müavini bildirib ki, aksiyaların davam etdirilməsi üçün yeni xətt müəyyənləşdirilir:

"Burada iki yol var, birinci ondan ibarətdir ki, əvvəl təcrübədən keçirilən 5 qəpiklərin yığılma aksiyası davam etdirilsin. İkinci yol da cərimələri ümumiyyətlə ödəməməkdir. Bununla bağlı problem yarandığına görə yeni aksiya məsələsi gecikir. Amma bu o demək deyil ki, kütləvi tədbirlər keçirilməyəcək. Sadəcə, insanlar üçün daha əlverişli variant tapılmalıdır".

Müsavat funksioneri aksiyaların birgə keçirilməsində digər müxalifət partiyaları ilə də müzakirələrə hazır olduqlarını bildirib.

İlkin
AzNews.az