“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”. “Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.

“Əgər bu maddəni Azərbaycana tətbiq etmək istəsələr...” - Oqtay Əsədov

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var.

“Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir.

Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar.

Avropanın böyük ölkələri içərisində mindən yuxarı, hətta 1500-dən yuxarı qərarlarını yerinə yetirməyən ölkələr var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Ancaq Azərbaycanda bir neçə belə qərar var, cərimələri də ödənilir. Yaqland lotoreya oyunu oynayırmış, 10 min işin içində əlinin altına Azərbaycanı çıxarıb.

Yəni aydındır ki, bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Əgər bu maddəni Azərbaycana tətbiq etmək istəsələr, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik”.

AzNews.az