Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır.

Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır - Əfqanıstan Prezidenti

Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: “Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq “Şimal dəhlizi” və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi”.

M.Ə.Qani deyib ki, Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı: “NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq”.

Prezident vurğulayıb ki, Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər.

Əfqanıstanın dövlət başçısı Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi:

“Bu konfransa ev sahibliyi etdiyinizə görə dərindən minnətdaram. Tədbir nəticələrə və əlaqələrin qurulmasına yönəlib. İndi biz artıq nəzəriyyə haqqında deyil, regional şəbəkələri qurmaq, aydın reallığı təmin etmək üçün işlər haqqında danışırıq. Atacağınız hər bir addım konsolidasiyaya, dərin və hərtərəfli dostluğa, ortaq dəyərlərə və birgə iş aparmağa yönələcək”.