- Köhnə - Siyasət
- 1 Dekabr 2017 20:03
- 5 419
Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rol oynayıb - Sekuta
Azərbaycan Əfqanıstanda və bütünlüklə regionda sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rol oynayıb.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, Azərbaycanın Əfqanıstanda sülhün təmin olunmasında töhfəsi həqiqətən vacibdir.
Səfir həmçinin qeyd edib ki, ABŞ Azərbaycan hökumətinin "Asiyanın Qəlbi – İstanbul Prosesi"ndə davamlı iştirakını dərindən alqışlayır: “Azərbaycan qoşunları Əfqanıstanda ABŞ və NATO qoşunları ilə birgə xidmət edib. Biz Azərbaycanın “Asiyanın ürəyi” prosesinin həmsədri qismində Əfqanıstana verdiyi siyasi dəstəyi yüksək qiymətləndiririk. ABŞ bu prosesdə öz tərəfdaşları ilə işə sadiqdir”.