- Köhnə - Siyasət
- 6 Dekabr 2017 18:45
- 5 313
Putin növbəti prezident seçkilərində iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, V.Putin bu açıqlamanı Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı verib:
"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə öz namizədliyimi irəli sürəcəm."
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.