ABŞ Azərbaycanda minaların zərərsizləşdirilməsinə 30,8 milyon dollar xərcləyib

1999-2016-cı illlərdə ABŞ partlamamış sursatların təmizlənməsi, təlim, avadanlıq satın alınması, eləcə də mina aşkarlama itləri daxil olmaqla, humanitar minatəmizləmə qruplarının genişləndirilməsi məqsədilə Azərbaycanda adi silahların məhvi proqramlarına külli miqdarda vəsait sərf edib.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, sərf olunan vəsait 30,8 milyon ABŞ dolları təşkil edib. Bu vəsaitlər əsasən NATO Dəstək və Satınalma Agentliyi vasitəsilə AR Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə yönəldilib, nəticədə torpaq sahələrinin əldə olunmasına şərait yaranıb, icmalar üçün infrastruktur bərpa olunaraq çirklənmə sahəsi əhəmiyyətli dərəcədə azaldılıb.

AzNews.az