NATO Azərbaycanın dəstəyini alqışlayır

NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi dəstəyə, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə bildirib: “Biz müttəfiqlərimiz və tərəfdarlarımız, o cümlədən Azərbaycan tərəfindən gücləndirilmiş dəstəyi alqışlayırıq. Bu, Əfqanıstanda sülhün təmin olunması ilə bağlı məqsədimiz üçün böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-ü Brüssledə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

İclas zamanı qeyd olunub ki, Azərbaycan Əfqanıstanda sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə iqtisadi və digər sahələrdə əməkdaşlığını davam etdirir.