- Köhnə - Siyasət
- 15 Dekabr 2017 12:55
- 3 043
“Penitensiar Xidmət qeyri-peşəkarlardan ibarətdir” - Millət vəkili
Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.
AzNews.az APA-ya istinadən xəbər verir ki, çıxış edən deputat Fazil Mustafabildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.
O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: “Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.
Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.