Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb - Foto

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev Qazaxıstanın müstəqillik günü ilə əlaqədar yüksək fəxri ada layiq görülüb.

Diasporla iş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, soydaşımız bu ölkənin ictimai-siaysi həyatında fəal iştirakına, ölkədə sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə “Qazax xalqının adamı” medalı ilə təltif edilib.

Qeyd edək ki, Almatı şəhərinin Karasay rayonunun fəxri vətəndaşı olan Şahverdi Babayev Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına və Qazaxıstandakı Azərbaycan diasporunun fəaliyyətinə də öz töhfələrini verib. Bu xidmətlərinə görə Ş.Babayev 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa, Şahverdi Babayev 2015-ci ildə "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə də təltif olunub.

Qazaxıstanda yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədilə yaradılan Qazaxıstan Xalqları Assambleyasına ölkə Prezidenti Nursultan Nazarbayev rəhbərlik edir.

image description image description image description image description image description image description image description image description